FIFA İnfantinonun imicinə milyonlar xərcləyəcək

 01:17 01.09.2026     364

FIFA təşkilatın və onun prezidenti Canni İnfantinonun imicini yaxşılaşdırmaq məqsədilə Londonun "Ten Toes Media" marketinq agentliyi ilə təxminən 3,1 milyon dollar məbləğində müqavilə bağlayıb.

Redaktor.az bu barədə "The Times" qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, müqavilə 2025-ci ilin mart ayında imzalanıb və 2026-cı ilin sonuna qədər olan dövrü əhatə edir. Qəzetin tanış olduğu müqavilə nüsxəsinə əsasən, agentlik FIFA-nın sosial şəbəkələrdəki hesablarının idarə olunmasına dəstək verməkdən məsuldur.

Vumart və Güvən reklamı Vumart Güvən