19 yaşlı Yamal “Barselona”nın 91 illik rekordunu QIRDI

 10:50 01.09.2026     299

“Barselona”nın vingeri Lamin Yamal İspaniya La Liqasının üçüncü turunda Madridin “Rayo Valyekano” klubuna qarşı keçirilən oyunda dubl edib və klubun 91 ildir qorunan rekordunu yeniləyib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qarşılaşma “Barselona”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 12-ci dəqiqədə Serxio Kamelio açıb. 19-cu dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Bundan iki dəqiqə sonra Yamal “Barselona”nı önə keçirib. İkinci hissədə Florian Lejen, Kamelio və Rafinya fərqləniblər.

Yamalın vurduğu iki qol onun “Barselona”nın heyətində 50-ci və 51-ci qolları olub.

Beləliklə, 19 yaşlı futbolçu 1935-ci ildə 20 yaş 356 günlük olarkən “Barselona”nın heyətində 50 qol həddinə çatan hücumçu Xosep Eskolanın rekordunu yeniləyib. Eskolanın rekordu 91 il ərzində qorunub.

Bu göstəriciyə ən yaxınlaşan futbolçu Lionel Messi olub. Lakin argentinalı hücumçu 50-ci qolunu 21 yaş 120 günlük olarkən vurub. Yamal isə bu uğura 19 yaş 49 günlük yaşında nail olub. İspaniya çempionatının üç turundan sonra “Barselona” 9 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən