“Sabah”ın Gənclər Liqasında oyunlarının təqvimi bəlli oldu

 14:50 01.09.2026     239

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Bakı təmsilçisi turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.

Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli olaraq, “Sabah” və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 deyil, 6 oyun keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”
13 oktyabr: “Sabah” – “Slaviya”
20 oktyabr: “Sabah” – “Borussiya” (Dortmund)
4 noyabr: “Vikinq” – “Sabah”
25 noyabr: “Sabah” – “Barselona”
8 dekabr: “Vilyarreal” – “Sabah”

Vumart və Güvən reklamı Vumart Güvən