Avarçəkənimiz Avropa çempionatında yarışacaq - FOTO

 21:19 02.09.2026     273

3-7 sentyabr tarixlərində Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə 23 yaşadək (U23) idmançılar arasında Avropa çempionatı keçiriləcək.

Redaktor.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası qitə çempionatında bir idmançı ilə təmsil olunacaq.

Federasiyanın perspektivli gənc avarçəkəni Nurlan Paşayev medal uğrunda mübarizə aparacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən