“Beşiktaş”dan yeni transfer - Ümit Akdağla 4 illik müqavilə imzalandı

 09:32 03.09.2026     237

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi “Corendon Alanyaspor”un müdafiəçisi Ümit Akdağı transfer edib.

Klubun rəsmi saytında yayımlanan açıqlamada 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı bildirilib.

Buxarest doğumlu mərkəz müdafiəçisi karyerasına “FCSB” və “Çelsi”nin akademiyalarında başlayıb. Ümit Akdağ 2017-ci ildə “Alanyaspor”a transfer olunub.

Gənc futbolçu “Alanyaspor”un əsas komandasında ilk oyununu 2022/2023 mövsümünün son turunda keçirib. O, daha sonra “Göztəpə” və Fransanın “Tuluza” klubunda icarə əsasında çıxış edib.

Ümit Akdağ cari mövsümdə “Alanyaspor”un heyətində Türkiyə Super Liqasının ilk 3 turunda meydana çıxıb və hər qarşılaşmada 90 dəqiqə forma geyinib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən