Neymar ZƏDƏLƏNDİ

 13:18 05.09.2026     270

Braziliyanın  “Santos” klubunun hücumçusu Neymar zədələnib.

Redaktor.az xəbər verir ki, 34 yaşlı futbolçunun müayinədən keçdiyi və onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlandığı bildirilib.

Qeyd edilib ki, bu tip zədədən sonra bərpa müddəti 4-8 həftə arasında dəyişir.

Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən