"Mançester Siti" "Koventri"ni məğlub ETDİ

 22:16 05.09.2026     375

İngiltərə Premyer Liqasının 3-cü turunda "Mançester Siti" və "Koventri " komandaları arasında oyun başa çatıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Oyunda yeganə qolu 26-cı dəqiqədə Erlinq Holand vurub.

Bu oyundan sonra "Mançester Siti" 9 xalla İngiltərə çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb. "Koventri " isə 0 xalla 19-cu yerdədir.

Növbəti turda "şəhərlilər" sentyabrın 13-də səfərdə "Mançester Yunayted"lə qarşılaşacaqlar.

 

Vumart və Güvən reklamı Vumart Güvən