Dünya Köçəri Oyunlarına ev sahibliyi etmək estafeti Rusiyaya VERİLDİ
Qırğızıstan rəsmi olaraq Dünya Köçəri Oyunlarına ev sahibliyi etmək estafetini Rusiyaya təhvil verib.
Redaktor.az xəbər verir ki, bu barədə VI Dünya Köçəri Oyunlarının bağlanış mərasimində keçirilən rəsmi tədbirdən məlumat verilib.
Məlumata görə, tədbir zamanı Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev Oyunların simvolu hesab olunan və respublikanın bütün rayonlarından gətirilmiş su ilə doldurulmuş kolbanı Rusiya idman nazirinin müavini Aleksey Morozova və Tatarıstan Rəisi Rüstəm Minnixanova təqdim edib.
Bildirilir ki, mərasimdə çıxış edən Kasımalıyev köçəri mədəniyyətinin irsinə toxunaraq bildirib: "Böyük Köçəri Yolu davam edir. Dünya Köçəri Oyunları Rusiyanın Tatarıstan Respublikasında tarixinin növbəti fəslini açacaq. Qırğızıstanın buzlaq suları Rusiya torpağına çatsın və Böyük Köçəri Yolunun səyahəti davam etsin. Dünya Köçəri Oyunlarının səyahəti dövrlərdən dövrlərə, insanlardan insanlara, nəsillərdən nəsillərə davam etsin. Güc birlikdədir. Xalqların birliyi və dostluğu əbədi olsun".
Qeyd edək ki, qədim idman növlərini və köçəri xalqların mədəniyyətini yaşatmaq məqsədi daşıyan bu oyunların növbəti mərhələsi Tatarıstanın ev sahibliyi ilə təşkil olunacaq.
Aminə ŞAHSUVARQIZI













