Qurban Qurbanovdan Koxalski barədə AÇIQLAMA

 23:41 06.09.2026     323

"Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"ı 3:2 məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın qapıçısı Mateuş Koxalskinin klubdan ayrılacağı ilə bağlı sualı cavablandırarkən deyib.

"Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, ona görə də oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram", - deyə baş məşçqçi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən