Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

 23:04 07.09.2026     331

Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.

Redaktor.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) - “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər. 

Qeyd edək ki, görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən