Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM

 09:07 08.09.2026     285

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələnin ilk turunun oyunlarına start veriləcək.

Redaktor.az xəbər verir ki, ilk gündə altı qarşılaşma keçiriləcək.

Azərbaycanı turnirdə təmsil edən "Sabah" meydana sentyabrın 10-da çıxacaq. "Mançester Yunayted" – "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə isə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
8 sentyabr

20:45. "Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə)
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
23:00. "Real" (Madrid, İspaniya) – "İnter" (İtaliya)
23:00. "Porto" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə)
23:00. "Borussiya" (Almaniya) – "Vilyarreal" (İspaniya)
23:00. "Lill" (Fransa) – "Betis" (İspaniya)

Vumart və Güvən reklamı Vumart Güvən