"Aston Villa" Belçikada gərgin oyunda "Brügge"ni üstələdi - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən matçda İngiltərənin "Aston Villa" klubu səfərdə Belçikanın "Brügge" komandasının qonağı olub. Qollarla zəngin keçən dramatik qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Redaktor.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən hücumameyilli futbol nümayiş etdirən Birmingem təmsilçisi 11-ci dəqiqədə Xon Makginnin qolu ilə hesabı açıb. Meydan sahibləri 19-cu dəqiqədə Hüqo Vetlesenlə balansı bərpa etsələr də, "Aston Villa" tezliklə nəzarəti yenidən ələ alıb. 22-ci dəqiqədə Emiliano Buendia, 43-cü dəqiqədə isə Nikolas Cekson rəqib qapısına yol taparaq fasiləyə qonaqların iki top fərqli üstünlüyü ilə girməsini təmin ediblər.
Meydan sahibləri ikinci hissədə təşəbbüsü ələ alaraq fərqi azaltmağa müvəffəq olublar. Matçın 61-ci dəqiqəsində təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Nikolo Tresoldi hesabı 2:3 edib.
Qarşılaşmanın qalan dəqiqələrində "Brügge"nin təzyiqinə baxmayaraq, hesab dəyişməz qalıb.
Turan ASLAN













