"Real Madrid" "İnter"in "hədiyyələri" sayəsində qalib GƏLDİ

 01:17 09.09.2026     468

​UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində futbolsevərlərin böyük maraqla gözlədiyi qarşılaşmada "Real Madrid" öz meydanında İtaliyanın "İnter" klubunu qəbul edib. Yüksək temp və gərgin mübarizə şəraitində keçən matç Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

​Redaktor.az xəbər verir ki, qonaqlar matça böyük üstünlüklə başlayıblar. Lakin 14-cü dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən yararlanan Brahim Diasın dəqiq ötürməsini Kilian Mbappe sərrast zərbə ilə tamamlayaraq hesabı açıb – 1:0.

​Qoldan sonra təzyiqi çoxaldan yenə də "İnter" olsa da, "Real Madrid" 23-cü dəqiqədə fərqi ikiyə çıxarıb. Bu dəfə "İnter" qapıçısının kobud səhvindən istifadə edən Federiko Valverde imkanı boşa verməyərək komandasının ikinci qolunu vurub. İlk hissə madridlilərin tam üstünlüyü və 2:0 hesablı liderliyi ilə yekunlaşıb.

​İkinci hissədə "İnter" oyunda dönüş yaratmaq üçün böyük qüvvə ilə irəli atılıb. Əvəzetmələrdən sonra oyunun axarını dəyişməyə çalışan Milan təmsilçisi rəqib qapısı önündə gərginlik yaratmağı bacarıb.

​Qonaqların ardıcıl hücumları 77-ci dəqiqədə meyvəsini verib: Lautaro Martinesin ötürməsindən sonra Karlos Auqusto fərqi minimuma endirərək matça yeni intriqa qatıb – 2:1.

​Matçın son dəqiqələrində "İnter" hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, "Real Madrid" müdafiəsi etibarlı oynayaraq vacib 3 xalı qoruyub saxlaya bildi.

​Bu qələbə ilə "Real Madrid" UEFA Çempionlar Liqasında ilk xallarını qazandığı halda, "İnter" arxa xətdə və qapıda buraxdığı baha başa gələn səhvlərin bədəlini məğlubiyyətlə ödədi.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən