“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin I turunda “Mançester Siti” Portuqaliyada “Portu”nun qonağı olub. “Draqau” stadionunda keçirilən qarşılaşma ingilislərin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Redaktor.az xəbər verir ki, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşsa da, ikinci yarıya sürətli başlayan “şəhərlilər” hesabı açıblar.
47-ci dəqiqədə Enso Fernandesin ötürməsini dəqiq tamamlayan Erling Holand komandasını önə keçirib. Matçın uzatma dəqiqələrində (90+1) Rayan Ait-Nurin asistindən sonra yenidən səhnəyə çıxan norveçli hücumçu dublunu rəsmiləşdirərək oyunda son nöqtəni qoyub.
Səfərdən 3 xalla ayrılan Enzo Mareskanın komandası Çempionlar Liqası mövsümünə inamlı qələbə ilə start verib.
Turan ASLAN













