“Sabah”dan daha bir transfer

 10:59 09.09.2026     197

“Sabah” heyətinə daha bir futbolçu qatıb.

Redaktor.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb.

İcarə müqaviləsində “Sabah”ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020-2021), “Maritimu”nun B və əsas komandalarında (2021-2024), həmçinin “Felqeyraş”da (2024-2025) çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən