Lionel Skaloni Argentina milli komandasından ayrılmaq istədiyini AÇIQLADI

 21:34 09.09.2026     284

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiaya istefa vermək istədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati sosial media səhifəsində məlumat yayıb.

Məlumata görə, Skaloninin qurumla mövcud müqaviləsi 2026-cı il dekabrın 30-da başa çatır. Jurnalistin sözlərinə görə, AFA rəhbərliyi təcrübəli mütəxəssisi fikrindən daşındırmağa və öz vəzifəsində qalmağa razı salmağa çalışır. Brunati baş məşqçinin "Çox yorğunam" sözlərini sitat gətirib.

Bildirilir ki, 48 yaşlı Skaloni 2018-ci ildən bəri Argentina milli komandasına rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə milli komanda 2022-ci il Dünya Kubokunu, iki dəfə Amerika Kubokunu (2021, 2024) və Finalissimanı (2022) qazanıb, həmçinin 2026-cı il Dünya Çempionatında ikinci yeri tutub.

Qeyd edək ki, Skaloninin rəhbərliyi altında Argentina yığması son illərin ən uğurlu dövrünü yaşayıb və AFA rəhbərliyi onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən