Messidən sonra Argentina millisinin yeni kapitanı o OLDU

 01:33 10.09.2026     322

Futbol üzrə Argentina millisinin yeni kapitanı bəlli olub.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, Lionel Messi və Nikolas Otamendi milli komandadakı karyeralarını başa vurduqları üçün yeni kapitan müəyyənləşdirilib.

Baş məşqçi Lionel Skaloni bu vəzifə üçün İspaniyanın “Atletiko” komandasının müdafiəçisi Kristian Romeronu seçib. Qərarın dünya çempionatından əvvəl qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Kristian Romero daha əvvəl üç dəfə Argentina yığmasını kapitan kimi meydana çıxıb.

Vumart və Güvən reklamı Vumart Güvən