“Liverpul” “Atletiko Madrid”i məğlub etdi – "Enfild"də geridönüş

 01:18 10.09.2026     297

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Liverpul” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən gərgin mübarizədə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Qarşılaşmada hesabı ilk olaraq Madrid təmsilçisi açıb. 17-ci dəqiqədə Xulian Alvaresin ötürməsindən sonra Markos Llorente dəqiq zərbə ilə “Atletiko Madrid”i önə keçirib – 0:1.

“Liverpul” fasiləyə qədər hesabı bərabərləşdirə bilib. 40-cı dəqiqədə Ronald Arauxonun ötürməsini qola çevirən Dominik Soboslai komandasının ilk qolunu vurub – 1:1.

İkinci hissənin əvvəlində isə Mersisayd təmsilçisi hesabda üstünlüyü ələ keçirib. 50-ci dəqiqədə Aleksander İsakın ötürməsindən sonra Aleksis Mak Allister fərqlənərək “Liverpul”a 2:1 hesablı qələbə qazandırıb.

Beləliklə, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlayıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən