“Sabah” “Mançester Yunayted”dən xal ala biləcək? – PROQNOZ

 12:21 10.09.2026     321

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” bu gün turnirin liqa mərhələsində tarixi debütünü keçirəcək. Azərbaycan çempionu ilk tur çərçivəsində İngiltərənin nəhəng klublarından biri olan “Mançester Yunayted”lə “Old Trafford” stadionunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Sabah” üçün həm rəqibin səviyyəsi, həm də “Old Trafford”un atmosferi ciddi sınaq olacaq. Bəs Azərbaycan təmsilçisi belə güclü rəqibə qarşı hansı taktiki yanaşmaya üstünlük verməlidir? “Sabah”ın İngiltərədən xalla qayıtmaq şansı nə qədərdir?

Redaktor.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirdi ki, çətin rəqiblə üz-üzə gələcəyik. 

""Old Trafford" dünyanın güclü komandaları üçün də ağır səfərdir. Burada oynamaq həm şərəf, həm də ciddi sınaqdır. Düşünürəm ki, "Sabah" da buna hazırdır. Təbii ki favorit "Mançester Yunayted"dir. Daha yaxşı heyətə malikdirlər, evdə oynayırlar, qələbə qazanmağa yaxındırlar. Ancaq final fitindən sonra nə olacağını indidən bilmək olmaz".

Kənan Məstəliyev:' 'Qarabağın“ nəhənglər liqasına vəsiqə qazanması  fantastik nəticədir'

Ekspertin sözlərinə görə, mankunianların müdafiəsində ciddi problemlər var və onlardan yararlanmaq olar:

"Məncə, bu matçda qol vura biləcəyik. Ancaq rəqibin hücum xətti çox güclüdür və onlar da çox sayda qol imkanları yaradacaqlar. Yenə də inanımızı itirməyək. Nəticədən asılı olmayaraq, "Sabah" artıq tarix yazıb və heç bir nəticə buna kölgə sala bilməyəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən