Lamin Yamaldan Çempionlar Liqasında REKORD
“Barselona”nın futbolçusu Lamin Yamal Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”la oyunda cərimə zərbəsindən qol vuraraq rekorda imza atıb.
Redaktor.az xəbər verir ki, 19 yaşlı vinger qarşılaşmanın ikinci hissəsinin sonunda Niderland klubunun qapısına yol tapıb.
"Opta-"nın məlumatına görə, Yamal bu göstərici ilə Madrid “Real”ının yarımmüdafiəçisi Arda Gülərin rekordunu geridə qoyub.
Beləliklə, Lamin Yamal Çempionlar Liqasında cərimə zərbəsindən qol vuran ən gənc La Liqa futbolçusu olub.
Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” “Feyenoord”u 5:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi turnirin ikinci turunda səfərdə “Qalatasaray”la qarşılaşacaq.
Aminə ŞAHSUVARQIZI













