Arda Güler İspaniya nəhəngi ilə yeni müqavilə İMZALAYACAQ

 20:13 10.09.2026     424

Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Güler İspaniya klubu ilə yeni müqavilə imzalamağa razılaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, tərəflər arasında yeni sözləşmənin bütün şərtləri razılaşdırılıb.

21 yaşlı yarımmüdafiəçi "Real Madrid"lə 2032-ci ilin iyununa qədər qüvvədə olacaq yeni müqavilə imzalayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən