Corc Rassell İspaniya Qran-prisinin ilk sərbəst yürüşündə qalib OLDU
“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Formula-1” üzrə İspaniya Qran-prisinin ilk sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib.
Redaktor.az xəbər verir ki, “Sport-Ekspress”in məlumatına görə, Rassell ən yaxşı dövrəsini 1 dəqiqə 34,077 saniyəyə başa vurub.
Britaniyalı pilot 28 dövrə ərzində komanda yoldaşı Kimi Antonellidən 0,286 saniyə öndə olub. İlk üçlüyü “Ferrari”nin pilotu Şarl Lekler tamamlayıb. O, liderdən 0,459 saniyə geri qalıb.
Leklerin komanda yoldaşı Lyuis Hemilton 0,543 saniyə fərqlə dördüncü, “Red Bull” pilotu Maks Ferstappen 0,626 saniyə fərqlə beşinci olub. “McLaren”dən Lando Norris isə 0,870 saniyə geridə qalaraq altıncı yeri tutub.
Qeyd edək ki, İspaniya Qran-prisi Madriddə yeni trasda keçirilir. Hazırda “Mercedes”in pilotu Kimi Antonelli çempionatın ümumi sıralamasında liderdir.
Xədicə BAXIŞLI













