"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq

 13:53 12.09.2026     313

"Qalatasaray" qışda üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Belə ki, İstanbul təmsilçisi müdafiəçilər Vilfrid Sinqo, Kaan Ayhan və yarımmmüdafiəçi İlkay Gündoğanla vidalaşacaq.

Məlumata görə, adıçəkilən oyunçular baş məşqçi Okan Burukun gələcək planlarında yer almır.

Kaan Ayhan cari mövsümdə "Qalatasaray"ın heyətində cəmi 1 dəqiqə şans qazanıb. Sinqo 2 matçda 41 dəqiqə meydanda olub. Gündoğan isə 2 görüşdə 11 dəqiqə oynayıb.

Vumart və Güvən reklamı Vumart Güvən