ÇL-də həftənin rəmzi komandası bəlli oldu

 18:51 12.09.2026     277

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun ən yaxşılarından ibarət rəmzi komandası açıqlanıb.

Redaktor.az xəbər verir ki, UEFA-nın rəsmi saytında dərc olunan siyahıda müxtəlif klubları təmsil edən 11 futbolçu yer alıb.

Qapıçı: Tibo Kurtua (“Real”).

Müdafiəçilər: Arçi Braun (“Fənərbaxça”), Pau Torres (“Aston Villa”), Mark Bartra (“Betis”), Serjinyo Dest (PSV).

Yarımmüdafiəçilər: Martin Baturina (“Komo”), Martin Ödeqor (“Arsenal”), Maykl Olise (“Bavariya”), Ferran Torres (PSJ).

Hücumçular: Ermedin Demiroviç (“Ştutqart”), Rafinya Dias (“Barselona”).

Qeyd edək ki, ilk turun ən yaxşı futbolçusu “PSJ”nin hücumçusu Ferran Torres seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən