Ronaldo çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir

 18:46 15.09.2026     301

Məşhur portuqaliyalı hücumçu Kriştiano Ronaldo hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunu satın ala bilər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "DAZN Portugal" telekanalı yayıb.

Portuqaliyalı ulduz və daha dörd investor klubu almaq üçün ortaq təklif hazırlığı görürlər. Tərəflərin hər birinin bu prosesə ən azı 92 milyon avro məbləğində investisiya yatıracağı bildirilir.

Qeyd edək ki, 41 yaşlı oyunçu 2022-ci ilin dekabrından bəri "Ən-Nəsr"in şərəfini qoruyur.

Vumart və Güvən reklamı Vumart Güvən