Premyer Liqa tarixinə düşdülər

 01:51 17.09.2026     45

“Brayton” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, komanda ötən həftəsonu çempionatın debütantı “Koventri”ni 5:0 hesabı ilə məğlub edib. Premyer Liqanın məlumatına görə, “Brayton” tarixdə ilk dəfə bir oyunda 15 müxtəlif millətdən olan futbolçu ilə meydana çıxıb.

Həmin qarşılaşmada komandanın heyətində Niderland, Türkiyə, Fransa, Xorvatiya, İngiltərə, İsveç, Almaniya, Kot-d’İvuar, Paraqvay, Belçika, Yunanıstan, İspaniya, Qana, Portuqaliya və Danimarkanı təmsil edən futbolçular çıxış edib.

Qeyd edək ki, 4 turdan sonra “Brayton” 7 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb. Komanda sentyabrın 19-da doğma meydanda son çempion “Arsenal”ı qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən