49 titul, 39 yaş və tarix yazmaqda davam edən Lionel Messi
Lionel Messi karyerasının 49-cu titulunu qazanıb. Argentinalı superulduz “İnter Mayami” ilə “Campeones Cup”ın qalibi olub.
Redaktor.az xəbər verir ki, “İnter Mayami” ABŞ-nin MLS çempionu kimi Meksika çempionu “Kruz Azul”la qarşılaşıb. Qarşılaşmada 2:0 hesablı qələbə qazanan Florida təmsilçisi tarixində ilk dəfə bu turnirin kubokunu başı üzərinə qaldırıb.
Matçda komandasının qələbəsinə mühüm töhfə verən Messi 24-cü dəqiqədə başla fərqlənərək hesabı açıb. Bu qol onun “İnter Mayami” forması ilə 100-cü qolu olub. 81-ci dəqiqədə isə argentinalı futbolçunun künc zərbəsindən sonra Kazemiro başla topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.
Beləliklə, 39 yaşlı Messi karyerasında 49-cu titulunu qazanıb. O, futbol tarixinin ən çox komanda kuboku qazanan oyunçularından biri kimi rekordunu daha da genişləndirib.
Messinin qazandığı 49 titul
- 10 – La Liqa
- 8 – İspaniya Superkuboku
- 7 – Kral Kuboku
- 4 – UEFA Çempionlar Liqası
- 3 – UEFA Superkuboku
- 3 – Klublararası dünya çempionatı
- 2 – Fransa Liqa 1
- 2 – Amerika Kuboku
- 1 – Dünya çempionatı
- 1 – Finalissima
- 1 – Olimpiya qızıl medalı
- 1 – 20 yaşadək futbolçular arasında dünya çempionatı
- 1 – Fransa Superkuboku
- 1 – Liqalar Kuboku
- 1 – MLS Supporters’ Shield
- 1 – MLS Şərq Konfransı çempionluğu
- 1 – MLS Kuboku
- 1 – Campeones Cup
Beləliklə, 39 yaşlı Lionel Messi tarix yazmaqda davam edir.
Turan ASLAN













