"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi: Məhəmməd Salahdan het-trik
Türkiyə Superliqasında 6-cı turun mərkəzi qarşılaşması keçirilib.
Redaktor.az xəbər verir ki, doğma meydanda “Qalatasaray”ı qəbul edən “Trabzonspor” rəqibinə heç bir şans verməyib. Gərgin və prinsipial mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün əsas qəhrəmanı isə misirli ulduz Məhəmməd Salah olub. 4-cü dəqiqədə Mustafa Eskihellaçın ötürməsini dəqiq zərbə ilə tamamlayan Salah hesabı açıb.
“Trabzonspor” 39-cu dəqiqədə fərqi iki topa çatdırıb. Bu dəfə Məhəmməd Salah qol vurmasa da, hücumun qurulmasında əsas rol oynayıb. Onun ötürməsindən sonra Nuh Saviolo topu qapıdan keçirib.
İlk hissənin başa çatmasına az qalmış Salah yenidən səhnəyə çıxıb. 44-cü dəqiqədə Fransulino Junun ötürməsindən sonra misirli futbolçu özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
İkinci hissədə “Trabzonspor” üstünlüyünü qoruyub. 80-ci dəqiqədə Ozan Tufanın ötürməsindən sonra Məhəmməd Salah üçüncü dəfə rəqib qapısına yol tapıb və het-trikini rəsmiləşdirib.
Beləliklə, qarşılaşma 4:0 hesabı ilə başa çatıb.
Məhəmməd Salah matçı 3 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb. O, bu nəticə ilə “Trabzonspor”a keçdikdən sonra Türkiyə Superliqasında vurduğu qolların sayını 7-yə çatdırıb.
Qeyd edək ki, bu, çempionatın 6-cı turunun oyunu olub. Qələbədən sonra “Trabzonspor”un xallarının sayı 10-a yüksəlib və komanda turnir cədvəlində 6-cı pilləyə qalxıb.
“Qalatasaray” üçün isə qarşılaşmanın son dəqiqələri də uğursuz keçib. 87-ci dəqiqədə Çimuanya Uqoçukvu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Turan ASLAN













