“Yuventus”un qapıçısı zədələndi

 10:50 20.09.2026     56

“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Redaktor.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib.

Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar edilib. Yaxın günlərdə futbolçu müalicə üsulunu müəyyənləşdirmək məqsədilə əlavə müayinələrdən keçəcək.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən