Azərbaycandan ayrılıb Afrikaya üz tutdu

 12:55 20.09.2026     67

Ötən mövsüm “Karvan-Yevlax”da oynayan Mise Nqvisaninin yeni klubu bəlli olub.

Redaktor.az xəbər verir ki, almaniyalı müdafiəçi Afrikaya üz tutub.

O,  Liviyanın “Əl-Bəşayir” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nqivisani ötən mövsüm "Karvan-Yevlax" Misli Premyer Liqasında çıxış edərkən bu komandada oynayıb və 27 matçda iştirak edib.

Vumart və Güvən reklamı Vumart Güvən