Turun bağlanış matçında qalib müəyyənləşmədi

 22:21 20.09.2026     52

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, bağlanış matçında "Kəpəz" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Gəncə şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bu nəticədən sonra "Kəpəz" 7 xalla 7-ci pillədə qərarlaşıb. "Sumqayıt" isə 2 xalla 11-ci sırada yer alıb.

Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” “İmişli”yə 3:1, "Şamaxı" isə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən