“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı AÇIQLANDI
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək dostluq oyununun vaxtı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Turan Tovuz” PFK məlumat yayıb.
Qeyd olunub ki, qarşılaşma oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













