Məhəmməd Salah sürücülük hüququndan məhrum EDİLDİ

 22:30 21.09.2026     56

Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin "Trabzonspor" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.

İnsident martın 27-də Uilmslou şəhərində baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, radarlar sürət həddinin aşılması faktını qeydə alarkən Salah "Rolls-Royce" avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyib.

Hücumçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.

"Liverpul"un sabiq futbolçusu yol hərəkəti qaydalarını klubdan ayrıldığını elan etdikdən bir neçə gün sonra pozub.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi "Trabzonspor"a transfer olunub.

Vumart və Güvən reklamı Vumart Güvən