Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

 09:13 23.09.2026     79

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Redaktor.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən