Ronaldo qarşısında olan iki məqsəddən DANIŞDI

 20:42 23.09.2026     119

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasında 1000-ci qolunu vurmaq və Millətlər Liqasının qalibi olmaq istədiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Record”a açıqlamasında danışıb.

“Mənim məqsədim 1000-ci qolumu vurmaq və Millətlər Liqasını qazanmaqdır. Bu, yeni eradır və üzləşdiyi bütün təzyiqlərə baxmayaraq, gördüyü işlərə görə məşqçi Roberto Martinesi təbrik etməliyik”, – deyə Ronaldo bildirib.

Avqustun 17-də Ronaldo yeni mövsümün karyerasında sonuncu ola biləcəyini açıqlamışdı.

Qeyd edək ki, Ronaldo milli komanda ilə oyunlarda qol və matç sayına görə dünya rekordçusudur. Onun hesabında 233 rəsmi görüşdə 146 qol var. O, həmçinin beş dəfə Çempionlar Liqasının, iki dəfə Millətlər Liqasının qalibi olub, Avropa çempionluğu və beş “Qızıl top” mükafatına sahibdir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən