“Kəpəz”in əvəzedici heyəti U-19 millisi ilə qarşılaşacaq

 12:06 24.09.2026     66

“Kəpəz”in əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.

Redaktor.az xəbər verir ki, qarşılaşma sentyabrın 25-də saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Bu oyun U-19-un “Kəpəz”in Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək.

Qeyd edək ki, yığma “Kəpəz-2”dən savayı, oktyabrın 2-də Gəncə təmsilçisinin əsas komandası ilə də görüşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən