İlk sərbəst yürüşün qalibi Rassel oldu - YENİLƏNİB

 13:41 24.09.2026     109

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş sessiyası başa çatıb.

Redaktor.az xəbər verir ki, "Mercedes" komandasının pilotu Corc Rassel sessiyanı birinci pillədə başa vurub.

"Red Bull Racing" pilotu Maks Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü olub.

Beləliklə, Bakı Şəhər Halqasındakı ilk sınaq yürüşünün nəticələrinə əsasən ilk üçlük Rassel, Ferstappen və Leklerdən ibarət olub.

Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə növbəti sərbəst yürüş bu gün saat 16:00-da başlayacaq və 17:00-dək davam edəcək.

***

12:47

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüşə start verilib.

Redaktor.az xəbər verir ki, yürüş saat 12:30-da başlayıb.

Bu, "Formula 1" üzrə günün ilk sınaq yürüşüdür. Saat 16:00-da ikinci sərbəst yürüş baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən