İkinci sərbəst yürüşün qalibi bəlli oldu - YENİLƏNİB

 17:36 24.09.2026     156

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb.

Redaktor.az xəbər verir ki, yürüşün qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub.

İkinci yeri Rassellin komanda yoldaşı Kimi Antonelli, üçüncü yeri isə “Red Bull Racing”in pilotu Maks Ferstappen (+0.8 saniyə) tutub.

İlk sərbəst yürüşdə də “Mercedes”in britaniyalı pilotu Corc Rassell birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

***

Formula 1 üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Redaktor.az xəbər verir ki, yürüşə 16:00-da start verilib.

İlk sınaq sürüşündə ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən