Zədələnən Mahir Emreli və Abdula Xaybulayevin VƏZİYYƏTİ
Azərbaycan milli komandasının Tacikistan yığması ilə yoldaşlıq oyunu zamanı zədələnən futbolçuları Abdulla Xaybulayev və Mahir Emrelinin durumuna aydınlıq gətirilib.
AFFA-dan Redaktor.az-a bildirilib ki, hər iki futbolçunun zədəsi ciddi deyil. Xaybulayev UEFA Millətlər Liqasında Litva ilə keçiriləcək görüşdə meydana çıxmağa hazır olacaq. Mahir Emrelinin həmin matçda iştirakına isə baş məşqçi Ayxan Abbasov qərar verəcək.
Qeyd edək ki, Azərbaycan millisi Litva ilə sentyabrın 27-də evdə, oktyabrın 4-də isə səfərdə qarşılaşacaq. Yığma oktyabrın 1-də isə Lixtenşteyni qəbul edəcək.













