U-21 millimiz Çexiya ilə üz-üzə
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Redaktor.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bakıda Çexiya ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FİFA referisi Aaron Odoud idarə edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi 7 oyundan sonra 6 xalla 6 komanda arasında 5-cidir.
Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.













