Ferstappen üçüncü sərbəst yürüşü birinci bitirdi - YENİLƏNİB

 13:49 25.09.2026     127

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb. Birinci yeri “Red Bull Racing”dən Maks Ferstappen tutub.

Redaktor.az xəbər verir ki, ikinci pillədə “Mercedes”in üzvü Corc Rassell qərarlaşıb. 

Üçüncü yerə isə “Marsedes”in digər pilotu Andrea Kimi Antonelli sahib çıxıb. 

***

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.

Redaktor.az xəbər verir ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Bu gün, həmçinin Formula 2 üzrə əsas yarış keçiriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən