Formula 2-də birinci əsas yarışın qalibi müəyyənləşdi - YENİLƏNİB

 15:57 25.09.2026     119

Formula 2 üzrə Azərbaycan Qran-Prisində birinci əsas yarış başa çatıb. “Rodin Motorsport” komandasının pilotu Aleks Dann birinci olub.

Redaktor.az xəbər verir ki, onun komanda yoldaşı Martin Stenşorne ikinci, “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç isə üçüncü olub. 

***

Bakıda Formula 2-də birinci əsas yarışa start verilib.

Redaktor.az xəbər verir ki, 29 dövrədən sonra qalibin adına aydınlıq gələcək.

Qeyd edək ki, ikinci əsas yarış isə sabah saat 11:00-da başlayacaq. 

 

Vumart və Güvən reklamı Vumart Güvən