Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs EDİLDİ
Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Redaktor.az xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində o, saxlanılıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.













