U-21 millimiz Çexiya ilə bərabərə QALDI

 20:04 25.09.2026     51

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.

“Bank Respublika Arena”da keçirilən görüşü irlandiyalı FIFA referisi Aaron Odoud idarə edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

17:45. Azərbaycan – Çexiya (1:1)

Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən