Mbappe vurdu, Uğurcan Çakır qırmızı aldı - Türkiyə Fransaya uduzdu
UEFA Millətlər Liqası çərçivəsində keçirilən qarşılaşmada Fransa milli komandası səfərdə Türkiyə yığmasını minimal hesabla məğlub edib.
Redaktor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşdə tərəflər ilk hissədə hesabı aça bilməyiblər. Türkiyə yığması meydan amilindən istifadə edərək Fransa qarşısında müqavimət göstərsə də, fasilədən sonra qonaqlar hesabı dəyişməyi bacarıblar.
Matçın 54-cü dəqiqəsində Kylian Mbappe Fransanı hesabda önə keçirib. Michael Olisenin ötürməsindən sonra hücumu dəqiq zərbə ilə tamamlayan fransalı forvard komandasına 1:0 hesablı üstünlük qazandırıb.
Fransa hesabı açdıqdan sonra Türkiyə bərabərlik qolunu vurmaq üçün hücumlarını artırıb. Lakin meydan sahibləri yaratdıqları imkanlardan yararlana bilməyiblər.
Qarşılaşmanın sonlarına yaxın Türkiyə üçün vəziyyət daha da çətinləşib. Yığmanın qapıçısı Uğurcan Çakır 87-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra Türkiyə millisinin baş məşqçisi qapıçı dəyişikliyinə gedib. Barış Alper Yılmazın əvəzinə Altay Bayındır meydana daxil olub və qapını qoruyub.
Fransa millisində isə görüşün yeganə qolunun müəllifi Mbappe 59-cu dəqiqədə əvəzlənib. Onun yerinə Desire Doue oyuna daxil olub.
Qarşılaşmada Türkiyə millisinin futbolçuları Arda Güler 42-ci, Salih Özcan isə 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Fransa yığmasında Dayot Upamecano 72-ci dəqiqədə, Esteban Lepaul və Manu Kone isə 90+3-cü dəqiqədə sarı vərəqə alıblar.
Beləliklə, görüşdə başqa qol vurulmayıb və Fransa Türkiyəni 1:0 hesabı ilə məğlub edib.
Turan ASLAN













