FIFA-dan “Fənərbaxça”ya sərt QADAĞA
FIFA Türkiyənin “Fənərbaxça” futbol klubuna transfer qadağası tətbiq edib.
Redaktor.az xəbər verir ki, “A spor”un məlumatına görə, İstanbul təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
FIFA-nın rəsmi saytında yer alan siyahıya görə, transfer qadağası 25 sentyabr 2026-cı ildən qüvvəyə minib.
Lakin müvafiq ödənişlər ediləcəyi təqdirdə, sanksiyanın ləğv ediləcəyi bildirilib.













