Formula 2-nin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

 13:00 26.09.2026     268

Formula 2 üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb. "İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub. "Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.

Redaktor.az xəbər verir ki, ilk üç pillənin sahibinə mükafatlar təqdim edilib.

***

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, son olaraq ikinci əsas yarış baş tutub.

İkinci dərəcəli pilotların mübarizəsində "İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub.

"Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.

Ötən gün Formula 2də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.

Qeyd edək ki, Formula 1-də əsas yarış bu gün saat 15:00-da start götürəcək.

Vumart və Güvən reklamı Vumart Güvən