Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - YENİLƏNİB

 17:23 26.09.2026     312

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.

Redaktor.az xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.

***

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarışa yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, ağır mübarizədə 11 komandanın 22 pilotu yarışıb.

Yürüşə ilk sırada Corc Rassell lider başlayıb. Onu Şarl Lekler izləyib.

"Mercedes"in pilotu liderliyini sonadək qoruyub. Bununla da Rassell Bakıda çempion olub.

İkinci pillədə "Red Bull Racing"dən Maks Ferstappen qərarlaşıb. Onu komanda yoldaşı İsak Hacer izləyib.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

Redaktor.az xəbər verir ki, 10 dövrədən sonra "Mersedes" pilotu Corc Rassell liderdir.

"Maklaren"dən Oskar Piastri ikinci pillədə qərarlaşıb.

"Red Bull"dan Maks Ferstappen üçüncü sıradadır.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

 

***
15:13

Formula 1 üzrə Azərbaycan Qran-Prisində əsas yarış başlayıb.

Redaktor.az xəbər verir ki, yarışa saat 15:00-da start verilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən