UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
Azərbaycanın futbol üzrə milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.
Redaktor.az xəbər verir ki, D Divizionunda yer alan yığmamız 2-ci qrupun açılış qarşılaşmasında Litva millisi ilə üz-üzə gələcək.
Kaunas şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Matçın baş hakimi Kiprdən olan FIFA referisi Menelaos Antoniu olacaq.
Azərbaycan millisi qrup mərhələsində növbəti qarşılaşmasını oktyabrın 1-də keçirəcək. Komandamız həmin gün Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.













