Millimiz Litva ilə heç-heçə etdi - YENİLƏNİB
Matç 1:1 hesabı ilə başa çatdı.
***
UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, Kaunas şəhərində oynanılan matçda komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Yığmamızın heyətində qolu 14-cü dəqiqədə Mahir Emreli vurub.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.
*** 17:22
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci qol vurulub.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
*** 17:12
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub - 1:0
9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.
*** 17:02
UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başlayıb.
Redaktor.az xəbər verir ki, Kaunas şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Qarşılaşmanı Kiprdən olan FIFA referisi Menelaos Antoniu idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.













